Ermənistanda qocalar evində koronavirusa kütləvi yoluxma

Ermənistanda qocalar evində koronavirusa kütləvi yoluxma
  17 May 2020    Oxunub:4008
Ermənistanda qocalar evində koronavirusa kütləvi yoluxma qeydə alınıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, qocalar evinin 70 sakinindən 41-nin test nəticəsi müsbət çıxıb və onların koronavirusa yoluxması təsdiqlənib.

Vəziyyəti ağır olan beş nəfər xəstəxanaya yerləşdirilib, digərləri isə təcrid edilib.

Ermənistanın Əmək və Sosial İşlər Nazirliyinin mətbuat katibi Sona Martirosyan deyib ki, qocalar evi Nork infeksion xəstəliklər xəstəxanasının təxminən 50 metrliyində yerləşir. Kütləvi yoluxma halı bununla izah oluna bilər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koronavirus   Qocalar-Evi  





Xəbər lenti