Nepalda koronavirusdan ilk ölüm baş verdi

Nepalda koronavirusdan ilk ölüm baş verdi
  17 May 2020    Oxunub:3653
Nepalda koronavirusdan ilk ölüm halı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Xəstəlikdən vəfat edən 29 yaşlı qadın may ayının əvvəlində uşaq dünyaya gətirib.

“Ətraflı araşdırma və bir sıra testlər bunun Nepalda koronavirusa yoluxmadan ilk ölüm olduğunu göstərir”, - deyə Səhiyyə Nazirliyin nümayəndəsi Samir Kumar Adhikari bildirib.

Xatırladaq ki, indiyə kimi Nepalda 281 nəfərdə yeni növ koronavirus aşkarlanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Nepal   Koronavirus  





Xəbər lenti