Sabiq deputat koronavirusdan vəfat etdi

 Sabiq deputat koronavirusdan vəfat etdi
  17 May 2020    Oxunub:3897
Rusiya Dövlət Dumasının “Ədalətli Rusiya” partiyasından olan sabiq deputatı Viktor Şudeqov koronavirus infeksiyasına yoluxmadan vəfat edib.
Azvision.az “İnterfax”a istinadən xəbər verir ki, keçmiş deputat 67 yaşında dünyasını dəyişib.

"Mayın 16-da “Ədalətli Rusiya” partiyasının Udmurt Respublikasındakı regional şöbəsinin keçmiş rəhbəri, beşinci və altıncı çağırış Dövlət Dumasının deputatı, fizika-riyaziyyat elmləri doktoru, professor Viktor Şudeqov vəfat edib. Onun ölüm səbəbi koronavirus infeksiyası olub", - deyə partiyanın regional bölməsinin yaydığı açıqlamada bildirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Deputat  





Xəbər lenti