Gürcüstanda koronavirusa yoluxma sayı 700-ə çatır

Gürcüstanda koronavirusa yoluxma sayı 700-ə çatır
  17 May 2020    Oxunub:3379
Gürcüstanda koronavirusa yoluxanların sayı 695 nəfərə çatıb.
Azvision.az Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, indiyədək virusa yoluxanlardan 425 nəfəri sağalıb, 12 xəstə dünyasını dəyişib.

Hazırda ölkədə 3822 nəfər karantində saxlanılır, 360 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Xatırladaq ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da aşkarlanıb. Ölkədə martın 21-də elan edilmiş fövqəladə vəziyyət rejimi 1 iyunda başa çatır. Hökumət müddətin uzadılmayacağını açıqlayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcüstan   Koronavirus  





Xəbər lenti