Çin səfiri evində ölü tapıldı

Çin səfiri evində ölü tapıldı
  17 May 2020    Oxunub:6778
Çinin İsraildəki səfiri Du Vey mayın 17-də səhər saatlarında evində ölü vəziyyətdə tapılıb.
Azvision.az “Jerusalem Post”a istinadən xəbər verir ki, 58 yaşlı diplomatın ölümünü XİN-in rəsmi nümayəndəsi təsdiqləyib.

Səfirin ölüm səbəbi hələlik müəyyən edilməyib, polis hazırda onun evində araşdırma aparır.

Məlumata görə, diplomat martın əvvəlində İsrailə gəlib və evdə iki həftəlik özünütəcrid rejimində qalıb.

Mərhumun bir oğlu var.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çin   Səfir   İsrail  






Xəbər lenti