İspaniyada koronavirusdan ölüm sayı azalır

İspaniyada koronavirusdan ölüm sayı azalır
  17 May 2020    Oxunub:3181
İspaniyada son sutkada koronavirusa yoluxmadan daha 87 nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu, son iki ayın ən aşağı göstəricisidir.

Gün ərzində 421 yeni yoluxma qeydə alınıb, onlardan 327 nəfər xəstəxanaya yerləşdirilib. 2719 xəstə isə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İspaniya   Koronavirus  





Xəbər lenti