İranda koronavirusa yoluxanların sayı 120 mini keçdi

İranda koronavirusa yoluxanların sayı 120 mini keçdi
  17 May 2020    Oxunub:3454
İranda son sutka ərzində koronavirusa 1806 yeni yoluxma qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kiyanuş Cahanpur bildirib. Onun sözlərinə görə, ölkədə COVİD-19 infeksiyasına ümumi yoluxma sayı 120 198 nəfərə çatıb.

“Bu günə kimi 94 464 xəstə sağalıb. Yeni yoluxanlardan yalnız 340 nəfəri xəstəxanaya yerləşdirilib ki, bu da son iki ayda ən aşağı göstəricidir”, - deyə Cahanpur vurğulayıb.

O, əlavə edib ki, son 24 saatda 51 xəstə koronavirusdan ölüb. Ölkədə 19 fevraldan bəri pandemiya qurbanlarının sayı 6988-ə yüksəlib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti