İsraildə 13 minə yaxın insan koronavirusdan sağalıb

İsraildə 13 minə yaxın insan koronavirusdan sağalıb
  17 May 2020    Oxunub:3061
İsraildə son sutka ərzində COVID-19-a yoluxan üç xəstə ölüb, ölkədə ümumi virus qurbanlarının sayı 271 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyi məlumat yayıb.

Hazırda ölkədə 3452 koronavirus xəstəsi var, onlardan 59 nəfərin vəziyyəti ağırdır. İndiyədək 12 884 nəfər koronavirusdan sağalıb.

Xatırladaq ki, İsrail tədricən karantin rejimindən çıxmağa başlayıb. Ölkədə 50 nəfərə qədər şəxsin iştirakı ilə ictimai tədbirlər keçirməyə icazə verilir. Məktəblərin fəaliyyəti bərpa olunub. Mayın 20-dən etibarən çimərliklərə getməyə icazə veriləcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İsrail   Koronavirus  





Xəbər lenti