Əfqanıstanda hakimiyyət bölgüsü razılaşdırıldı

 Əfqanıstanda hakimiyyət bölgüsü razılaşdırıldı
  17 May 2020    Oxunub:3955
Əfqanıstan Prezidenti Əşrəf Qani və keçmiş Baş nazir Abdulla Abdulla hakimiyyət bölgüsünə dair siyasi razılaşma imzalayıblar.
Azvision.az xəbər verir ki, bu barədə Prezidentin nümayəndəsi Sedik Sedikki bildirib.

"Prezident Qani və Abdulla Abdulla arasında yeni bir siyasi razılaşma imzalanıb. Abdulla Milli Barışıq üzrə Yüksək Şuraya rəhbərlik edəcək. Onun komandası kabinetə daxil olacaq”,- Seddiki “Twitter”də yazıb.

Xatırladaq ki, yenidən seçilmiş Əfqanıstan Prezidenti Əşrəf Qani martın 9-da and içərək rəsmi olaraq vəzifəsinə başlayıb. Seçkilərdəki məğlubiyyətini etiraf etməyən Baş nazir Abdulla Abdulla dövlət başçısı ilə eyni gündə paralel andiçmə mərasimi keçirib. İki gün sonra Qani onun vəzifəsini ləğv edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Əfqanıstan  





Xəbər lenti