ABŞ-da koronavirusdan daha 1224 nəfər öldü

ABŞ-da koronavirusdan daha 1224 nəfər öldü
  17 May 2020    Oxunub:3937
ABŞ-da son sutka ərzində koronavirusa 24 996 yeni yoluxma qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Ötən 24 saatda pandemiya qurbanlarının sayı 1224 nəfər olub. Ümumilikdə isə ABŞ-da 1 milyon 467 min 884 nəfər koronavirusa yoluxub, 88 min 754 xəstə həyatını itirib.

Xatırladaq ki, mayın 16-da sutkalıq yoluxma 25 min 50, ölüm halı isə 1632 olub.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: ABŞ   Koronavirus   Covid-19  





Xəbər lenti