Türkmənistan beynəlxalq reyslərin ləğvini iyunun 20-dək uzatdı

Türkmənistan beynəlxalq reyslərin ləğvini iyunun 20-dək uzatdı
  17 May 2020    Oxunub:3054
Türkmənistan Hava Yolları koronavirus səbəbiylə bütün beynəlxalq reyslərin ləğvini iyunun 20-dək uzadıb.
Azvision.az xəbər verir ki, bu barədə aviaşirkətin yaydığı məlumatda bildirilib.

"COVID-19 pandemiyası ilə əlaqədar olaraq aviaşirkətin bütün beynəlxalq uçuşlarının ləğvi 20 iyunadək uzadılıb”, - açıqlamada qeyd olunub.

Daha əvvəl Türkmənistan Hava Yolları mayın 20-dək bütün beynəlxalq uçuşları təxirə saldığını bildirmişdi.

Xatırladaq ki, Türkmənistan rəsmiləri ölkədə yeni növ koronavirusa yoluxmanın qeydə alınmadığını bəyan ediblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər:





Xəbər lenti