İsveçrədə 1603 nəfər pandemiyanın qurbanı oldu

İsveçrədə 1603 nəfər pandemiyanın qurbanı oldu
  17 May 2020    Oxunub:3489
İsveçrədə son sutkada COVID-19 infeksiyasına 15 nəfər yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Federal İctimai Səhiyyə İdarəsi məlumat yayıb.

Qeyd edilir ki, İsveçrədə ümumilikdə 30 587 nəfər virusa yoluxub. Son 24 saat ərzində 8 xəstə olmaqla, indiyə kimi 1603 nəfər vəfat edib.

Ölkədə COVID-19-u müəyyənləşdirmək üçün 342 359 sınaq aparılıb, onlardan 11 faizinin nəticəsi müsbət olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər:





Xəbər lenti