İŞİD terrorçuları həbsxanadan qaçdılar

  17 May 2020    Oxunub : 2264
İŞİD terrorçuları həbsxanadan qaçdılar
İŞİD terror qruplaşmasının yaraqlıları Suriyanın Hasek əyalətindəki həbsxanadan qaçıblar.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin “SANA” dövlət agentliyi məlumat yayıb.

Bildirilir ki, yeddi İŞİD terrorçusu ərəb-kürd qüvvələrinin nəzarətində olan Əl-Xol həbsxanasından qaçıblar.

Hadisə ilə bağlı əlavə məlumat verilməyib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İŞİD   Terrorçu   Həbsxana