İspaniyada COVİD-19-dan ölənlərin sayı azalır

İspaniyada COVİD-19-dan ölənlərin sayı azalır
  18 May 2020    Oxunub:4736
İspaniyada son sutka ərzində 87 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə pandemiya qurbanlarının sayı 27 650 nəfərə çatıb.

Son 24 saatda 421 yeni yoluxma qeydə alınıb, infeksiyaya yoluxanların ümumi sayı 231 119 nəfərdir.

İspaniyada son iki ayda ilk dəfə sutka ərzində koronavirusdan 100-dən az ölüm halı baş verib.

Azvision.az


Teqlər: İspaniya   Koronavirus  






Xəbər lenti