İaşə müəssisələrində əməl edilməsi vacib olan qaydalar
Bildirilib ki, iş prosesində geyinilmiş paltar yüksək temperaturda yuyucu vasitələrlə yuyulmalıdır.
Həmçinin diqqətə çatdırılıb: "İctimai iaşə müəssisələrində qida məhsullarına əl ilə toxunmaq qadağan edilməli, servis əşyaları istifadə olunduqca tez-tez dəyişdirilməli və ayrı konteynerlərdə saxlanılmalıdır.
Həmin müəssisələr müştərilərə xidmət göstərildikdən sonra dezinfeksiya edilməli, zallar, kabinetlər mütəmadi olaraq havalandırılmalı, ultrabənövşəyi lampalardan istifadə edilməlidir.
Hava şəraiti imkan verdikdə müştərilərə daha çox açıq havada xidmət göstərilməsi tövsiyə olunur.
Müəssisələrdə mütəmadi olaraq daxili radio vasitəsilə müştərilərə xəstəlikdən qorunma qaydaları çatdırılmalıdır.
İctimai iaşə müəssisələrində yemək masaları arasındakı məsafə 2 metr olmalıdır".
Azvision.az
Teqlər: AQTA