Şanxayda 11 həftədən sonra ilk yoluxma

Şanxayda 11 həftədən sonra ilk yoluxma
  18 May 2020    Oxunub:2583
Şanxayda martın 2-dən sonra ilk dəfə koronavirusa daxili yoluxma halı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Gigiyena və sağlamlıq məsələləri üzrə şəhər komitəsindən məlumat verilib.

Bildirilib ki, yoluxan şəxs virusun yayılma mərkəzi olan Hubey əyalətindən iş axtarmağa gəlib. Hazırda o, şəhərdəki xəstəxanaların birində müalicə olunur. Onunla əlaqə saxlayan 20 nəfər karantinə alınıb.

Bu, Şanxayda 11 həftə ərzində ilk yerli yoluxma halıdır. Mart ayının əvvəlindən etibarən şəhərdə yalnız xaricdən gələn şəxslərdə yoluxma aşkarlanıb. Mayın 17-nə olan məlumata görə, Şanxayda cəmi 666 yoluxma baş verib. Çinin sərhədləri xaricində 326 nəfər koronavirusa yoluxub. Hazırda şəhər xəstəxanalarında 18 nəfər müalicə alır. İndiyədək Şanxayda 7 nəfər pandemiyanın qurbanı olub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Çin   Şanxay   Yoluxma  





Xəbər lenti