İran Qüdsdə virtual səfirlik yaratmaq istəyir

İran Qüdsdə virtual səfirlik yaratmaq istəyir
  18 May 2020    Oxunub:3370
İranda İsrail əleyhinə qanun qəbul olunub.
Azvision.az xəbər verir ki, İran parlamentinin deputatları ölkənin Xarici İşlər Nazirliyinə Qüdsdə Fələstinin paytaxtı kimi İranın virtual səfirliyinin yaradılmasını tələb ediblər.

Bunun üçün quruma qanunun təsdiq edildiyi andan altı ay vaxt verilir. Deputatlar "sionist rejimin düşmən hərəkətlərinə" qarşı mübarizə haqqında qanunun bütün müddəaları ilə razılaşıblar.

Həmçinin, İran Xarici İşlər Nazirliyindən Fələstində referendum keçirilməsi tələb olunur. Bundan əlavə, təsdiq edilmiş qanunun müddəaları İsrail mallarının İran ərazisindən keçməsinə və eyni zamanda İsrail ilə əlaqəli şirkətlərin sərgilərdə iştirakına qadağa qoyur.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran   İsrail   Qüds  





Xəbər lenti