Ukraynada çimərliklərin açılmasına icazə verildi

  18 May 2020    Oxunub : 2716
 Ukraynada çimərliklərin açılmasına icazə verildi
Koronavirusun yayılmasına baxmayaraq, Ukraynada çimərlik mövsümünə start veriləcək.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə nazirinin müavini - baş sanitar həkim Viktor Lyaşko deyib. O bildirib ki, dəniz duzu və günəş virusu öldürür.

"Milli Tibb Elmləri Akademiyasının Epidemiologiya və Yoluxucu Xəstəliklər İnstitutu ilə bir sıra məsləhətləşmələr apardıq və təsdiq etdilər ki, dəniz duzları ultrabənövşəyi günəş şüaları ilə birlikdə koronavirus xəstəliyinin törədicisini məhv edir. Ona görə də Ukraynada çimərlik mövsümünün açılmasına icazə veriləcək".

Nazir müavini əlavə edib ki, çimərliklərə 60 yaşdan yuxarı və xroniki xəstəlikləri olan insanlar gəlməməlidir. Ukraynalılar 2 metrlik sosial məsafəni qorumalı, şəxsi gigiyena qaydalarına riayət etməlidirlər. Çimərlik işçilərindən maskalar taxmaq tələb olunacaq.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Ukrayna