Rusiya ABŞ-Çin qarşıdurmasından narahatdır

Rusiya ABŞ-Çin qarşıdurmasından narahatdır
  18 May 2020    Oxunub:3018
"Rusiya ABŞ və Çin arasındakı gərginliyin artmasından narahatdır"
Azvision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirinin müavini Sergey Ryabkov deyib.

O, COVID-19 pandemiyasından sonra da siyasi qarşıdurmaların azalmayacağını düşünür: "Pandemiyanın yayılması şəraitində virusdan əvvəl çox yavaş baş verən bəzi proseslər sürətləndi. Vaşinqton və Pekin arasında artan qarşıdurma, artan rəqabət indi gözlə görünən dərəcədədir".

Nazir müavininin sözlərinə görə ABŞ Çinə hərtərfli təzyiqi artırır. Çin isə öz növbəsində cavabların xarakteri baxımından borclu qalmır.

"Düşünmürəm ki, vəziyyət normallaşmağa başladıqdan sonra ABŞ və Çin arasındakı siyasi qarşıdurmalarda azalma görəcəyik"-, deyə S.Ryabkov əlavə edib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Rusiya   Çin   ABŞ  





Xəbər lenti