Koronavirusa qarşı peyvənd məcburi olmayacaq

Koronavirusa qarşı peyvənd məcburi olmayacaq
  18 May 2020    Oxunub:3150
Almaniyada əhalinin peyvənd edilməsi məcburi olmayacaq.
Azvision.az xəbər verir ki, bunu Almaniya hökumətinin rəsmi nümayəndəsi Ulrike Demmer deyib.

"Hökuməti məcburi peyvənd etmək niyyətininin olmasında günahlandırırlar. Mən məmnuniyyətlə təkrar etmək istərdim ki, koronavirusa qarşı peyvənd məcburi olmayacaq".

O, əlavə edib ki, Berlində pandemiya ilə əlaqədar qəbul edilmiş sənədlərin əsas mətnində və əlavələrdə məcburi peyvəndlə bağlı bildiriş yoxdur.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Almaniya  





Xəbər lenti