​İran yenidən ABŞ-a xəbərdarlıq etdi

 ​İran yenidən ABŞ-a xəbərdarlıq etdi
  18 May 2020    Oxunub:3608
"İranın hərbi qüvvələri gəmilərə və neft tankerlərinə beynəlxalq sularda edilən hücuma lazımi şəkildə cavab verəcək".
Azvision.az xəbər verir ki, bu barədə "Press TV" məlumat yayıb.

Bildirilib ki, adının açıqlanmasını istəməyən iranlı hərbçi beynəlxalq suların bütün neft tankerləri üçün təhlükəsiz olmasının vacibliyini vurğulayıb. Əlavə edib ki, İran Venesuelaya gedən neft tankerlərinə qarşı edilən istənilən hərəkətə zərbə ilə cavab verəcək.

Bundan əvvəl "Reuters" agentliyi ABŞ prezident administrasiyasının yüksək vəzifəli nümayəndəsinə istinadən xəbər vermişdi ki, Donald Tramp İranın Venesuelaya neft tədarük etməsi ilə bağlı götürüləcək tədbiləri nəzərdən keçirir.

Buna cavab olaraq İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif BMT-nin baş katibi Antonio Quterreşə məktub göndərərək Tehranın tankerlərə qarşı təhdid olduğu təqdirdə ABŞ-a cavab verəcəyini bildirib. ABŞ-ın Tehrandakı maraqlarını təmsil edən İsveçrə səfiri İran Xarici İşlər Nazirliyinə çağrılıb, ondan İranın bu mövzuda mesajını Vaşinqtona çatdırması istənilib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran   ABŞ  





Xəbər lenti