Eldar Əzizov: “Bakıda ərzaq qıtlığı yoxdur”

     Eldar Əzizov:   “Bakıda ərzaq qıtlığı yoxdur”
  18 May 2020    Oxunub:5249
Bu gün Bakı şəhərində ərzaq qıtlığı müşahidə olunmur.

Azvision.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, bunu təkcə biz yox, beynəlxalq təşkilatlar da təsdiqləyir.
"Bakı şəhər İcra Hakimiyyətində olan 11 min 700 bina həftədə 2 dəfədən az olmayaraq dezinfeksiya olunur. Həmçinin ətraf ərazilər, istirahət zonaları dezinfeksiya edilir. İki həftədən bir Bakının əsas küçə və porspektləri xüsusi maddələrlə yuyulur. Bizdə həm texnika baxımından, həm də xüsusi maddələlər baxımından qıtlıq yoxdur. Dezinfeksiya işlərində hər gün iki min insan iştirak edir. Bundan sonra həmin şəxslər gündəlik işlərini davam etdirirlər. Hər gün Bakı Şəhər İcra Hakimiyyətinin balasında olan binaların liftləri dezinfeksiya olunur. Kooperativlər, MTK-larda yaşayan sakinlər bilməlidir ki, onlar kollektiv mülkiyyət kimi gedir, özləri dezinfeksiya işini təşkil etməlidir. Lakin biz onlara da xidmət edirik. Sakinləri koronavirusun ciddiliyinə inandırmaq əsas problem olaraq qalır", - deyə E.Əzizov qeyd edib.

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti