Türkiyədə bayram günlərində evdən çıxmaq qadağan edildi

 Türkiyədə bayram günlərində evdən çıxmaq qadağan edildi
  19 May 2020    Oxunub:4512
Türkiyədə Ramazan bayramı günlərində küçəyə çıxmaq qadağan edilib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, 24, 25, 26, 27 may tarixlərində 81 vilayətdə komendant saatı tətbiq olunacaq.

Bundan əlavə, Ərdoğan qeyd edib ki, mayın 29-dan sonra bəzi məscidlər ibadət üçün açılacaq. Həmçinin 15 vilayətə giriş-çıxış qadağası 15 gün müddətinə artırılıb.

Azvision.az


Teqlər: Türkiyə   Ramazan   Bayram  





Xəbər lenti