Rusiyada 6 deputat COVİD-19-a yoluxub

Rusiyada 6 deputat COVİD-19-a yoluxub
  19 May 2020    Oxunub:4160
Bu günədək Rusiya Dövlət Dumasının 6 deputatı koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə parlamentin aşağı palatası sədrinin müşaviri Anastasiya Kaşevarova bildirib.

Onun sözlərinə görə, indiyə kimi 6 deputatın koronavirus testi müsbət çıxıb. Onlardan 2-si artıq sağalıb. 2 nəfər hazırda xəstəxanada, digər 2 deputat isə evdə müalicə alır.

Azvision.az


Teqlər: Rusiya   Koronavirus   Deputat  





Xəbər lenti