Çində son sutkada 6 yeni yoluxma aşkarlandı

Çində son sutkada 6 yeni yoluxma aşkarlandı
  19 May 2020    Oxunub:3118
Çində son sutkada koronavirusa 6 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az Çinin Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinə istinadla xəbər verir ki, daha 17 simptomsuz hal aşkarlanıb, üç xəstə sağalıb, ölən olmayıb.

Məlumata görə, altı yeni yoluxmanın üçü daxildə qeydə alınıb, digər üç hal isə ölkəyə idxal olunub.

Ümumilikdə, Çində epidemiya başlayandan 82 960 yoluxma aşkar edilib, 78 241 xəstə sağalıb, 4634 nəfər ölüb. Hazırda xəstəxanalarda 85 nəfər var.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çin   Koronavirus  





Xəbər lenti