Özbəkistanda COVİD-19-a yoluxma sayı artdı

Özbəkistanda COVİD-19-a yoluxma sayı artdı
  19 May 2020    Oxunub:2795
Özbəkistanda son sutkada koronavirusa yoluxanların sayı 11 nəfər artaraq 2802-yə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Özbəkistanda bu günə olan məlumata görə, koronavirus infeksiyası hallarının sayı 2802-dir",-deyə nazirliyinin açıqlamasında bildirilib.

Təsdiqlənmiş 11 yeni haldan 10-u xaricdən gələn vətəndaşlarda, 1-i isə karantində aşkar edilib. Hazırda 475 koronavirus xəstəsi müalicə alır, onlardan 6-nın vəziyyəti ağırdır.

Ölkədə virusdan ölənlərin ümumi sayı 13 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Özbəkistan   Koronavirus  





Xəbər lenti