Yaponiyada iki zəlzələ oldu

Yaponiyada iki zəlzələ oldu
  19 May 2020    Oxunub:2624
Yaponiyanın Honsyu adasında zəlzələ baş verib.
Azvision.az xəbər verir ki, Yaponiyanın Baş Meteoroloji İdarəsinin yaydığı məlumata görə, qısa fasilə ilə baş vermiş iki zəlzələ 5.3 bal gücündə olub.

Ölkənin şərq sahillərindəki Fukusima prefekturasının yaxınlığında Sakit okeanda meydana gələn zəlzələnin ocağı 50 kilometr dərinlikdə olub. Təkanların zərbə qüvvəsi yeddi ballıq Yaponiya şkalası üzrə 4 bal təşkil edib.

5.3 bal gücündə ikinci zəlzələ ölkənin qərb sahilindəki Qifu prefekturasında qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Hər iki halda sunami təhlükəsinin olmadığı bildirilir.

Zəlzələ qurbanları və dağıntılar barədə məlumat verilməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Yaponiya   Zəlzələ  





Xəbər lenti