Almaniyada COVID-19 qurbanlarının sayı 8 mini keçdi

  19 May 2020    Oxunub : 1817
Almaniyada COVID-19 qurbanlarının sayı 8 mini keçdi
Almaniyada son sutka ərzində koronavirusa 513 yeni yoluxma qeydə alınıb, 72 xəstə vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

Bildirilib ki, ölkədə virusa yoluxanların ümumi sayı 175 210, pandemiya qurbanları isə 8007 nəfərdir. İndiyə kimi 155 mindən çox insan xəstəlikdən sağalıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Almaniya