Rusiyada koronavirusa yoluxma sayı 300 minə çatır

Rusiyada koronavirusa yoluxma sayı 300 minə çatır
  19 May 2020    Oxunub:2573
Rusiyada son sutka ərzində 9263 nəfər koronavirusa yoluxub.
Azvision.az “RİA Novosti”yə istinadla xəbər verir ki, ümumilikdə ölkə üzrə yoluxma sayı 299 941-ə çatıb.

Son 24 saatda 115 xəstə ölüb. Pandemiya başlayandan bəri 2837 nəfər həyatını itirib. Gün ərzində 5921 nəfər olmaqla, indiyə kimi 76 130 xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti