Koçaryan yenə məhkəməyə gələ bilmədi

  19 May 2020    Oxunub : 2571
Koçaryan yenə məhkəməyə gələ bilmədi
Ermənistanın sabiq prezidenti Robert Koçaryanın işi üzrə məhkəmə iclası təxirə salınıb.
Azvision.az erməni KİV-ə istinadən xəbər verir ki, buna səbəb Koçaryanın xəstəxanada olmasıdır.

Hakim Anna Danibekyan bildirib ki, “İzmirlyan” tibb mərkəzindən Robert Koçaryanın xəstəxanada müalicə alması və iclasda iştirak edə bilməyəcəyinə dair arayış alıb.

Təqsirləndirilən şəxs iclasda iştirak etmədiyi üçün məhkəmə prosesi təxirə salınıb.

Növbəti iclas mayın 26-na təyin edilib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Koçaryan   Məhkəmə