İranda son sutkada koronavirusdan 62 nəfər ölüb

İranda son sutkada koronavirusdan 62 nəfər ölüb
  19 May 2020    Oxunub:3199
İranda son sutkada 62 nəfər koronavirusdan vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kiyanuş Cahanpur bildirib.

Onun sözlərinə görə, son 24 saat ərzində daha 2111 nəfərdə koronavirus aşkarlanıb, virusa yoluxanların ümumi sayı 124 603 nəfərə yüksəlib.

İndiyə qədər koronavirusdan 7 119 nəfər vəfat edib.

Hazırda 2 698 xəstənin vəziyyətinin ağırdır. Bu günə kimi 97 173 nəfər sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Koronavirus   Covid-19  





Xəbər lenti