Putin Mişustini təbrik edib

Putin Mişustini təbrik edib
  19 May 2020    Oxunub:3027
Rusiya Prezidenti Vladimir Putin Baş Nazir Mixail Mişustini koronavirusdan sağalması münasibətilə təbrik edib.
Azvision.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Putin iclasda deyib.

"Mixail Vladimiroviç, sizi bu virusdan sağalmağınız münasibətilə təbrik etmək istəyirəm. Həkimlərin dediyi kimi, son bir neçə test mənfi olduğundan işə tam başlamağınız mümkündür. Bu xəstəliyə baxmayaraq işləmisiniz, bundan əvvəl demək olar ki, tam işləmisiniz", - deyə Putin bildirib.

Baş Nazir isə öz növbəsində dəstəyə və xoş sözlərə görə Prezidentə təşəkkür edib.

Xatırladaq ki, koronavirusa yoluxmuş Mişustin artıq xəstəxanadan çıxıb və işə başlayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Putin   Rusiya  





Xəbər lenti