ABŞ-da yoluxma sürətlə artır - Yeni statistika

   ABŞ-da yoluxma sürətlə artır -   Yeni statistika
  20 May 2020    Oxunub:5279
ABŞ-da koronavirus infeksiyasına yoluxanların və pandemiya qurbanlarının sayı yenidən artıb.
Azvision.az xəbər verir ki, Birləşmiş Ştatlarda 10 min 472 yeni yoluxma halı qeydə alınıb, 713 nəfər vəfat edib.

ABŞ-da COVİD-19 infeksiyasına ümumi yoluxma sayı 1 milyon 560 min 766 nəfərdir. Pandemiya qurbanlarının sayı isə artaraq 92 min 694-ə çatıb.

Qeyd edək ki, ABŞ koronavirusa yoluxma və ölüm sayına görə dünyada birinci yerdədir.

Azvision.az


Teqlər: ABŞ   Koronavirus   Pandemiya  





Xəbər lenti