Rusiyaya gedən sərnişinlərə AZAL-dan xəbərdatlıq

Rusiyaya gedən sərnişinlərə AZAL-dan xəbərdatlıq
  10 Yanvar 2014    Oxunub:1429
AZAL Rusiya Federasiyasına səyahətə gedən sərnişinlərə müraciət etdi.
“Azərbaycan Hava Yolları – AZAL” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Rusiya Federasiyasına səyahətə gedən sərnişinlərə müraciət edib.

AzVision.az xəbər verir ki, QSC-nin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, AZAL “Rossaviasiya”nın qərarına əsasən, Rusiya Federasiyasının hava limanlarından uçuş zamanı özlərində və ya əl yüklərindəki hər hansı maye maddələrin və şəxsi gigiyena vasitələrinin baqaja təqdim olunmasını tövsiyə edir.

Sağlamlıq üçün vacib olan dərmanlar, həmçinin uçuş zamanı sərnişinlərin həyat fəaliyyətini təmin edən predmetlər və şəxsi gigiyena vasitələrinin hava gəmisinin salonunda daşınması qadağan edilməmişdir. Bu əşyalar hava limanının aviasiya təhlükəsizliyi xidmətləri tərəfindən yoxlanıldıqdan (eyniləşdirildikdən) sonra əl yükündə daşımaya buraxıla bilər.


Teqlər:  





Xəbər lenti