Qırğızıstanda 266 tibb işçisi koronavirusa yoluxub

  20 May 2020    Oxunub : 2214
Qırğızıstanda 266 tibb işçisi koronavirusa yoluxub
Qırğızıstanda koronavirusa 27 yeni yoluxma faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə virusa yoluxanların ümumi sayı 1270-ə çatıb. Onlardan 266 nəfəri tibb işçisidir. İndiyədək 910 nəfər sağalıb, 14 xəstə həyatını itirib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Qırğızıstan   virus