Ermənistanda 5271 nəfər koronavirusa yoluxub

 Ermənistanda 5271 nəfər koronavirusa yoluxub
  20 May 2020    Oxunub:5437
Ermənistanda son sutka ərzində 230 nəfər koronavirusa yoluxub.
Azvision.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bununla da ölkədə infeksiyaya yoluxanların sayı 5271 nəfərə çatıb.

Pandemiya qurbanlarının sayı 67 nəfərdir. İndiyədək 2419 xəstə sağalıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti