Restoranda maska davası, aşpaz güllələndi

Restoranda maska davası, aşpaz güllələndi
  20 May 2020    Oxunub:3729
ABŞ-ın Kolorado ştatınının Avrora şəhərində yerli sakin restoranda ondan maska taxmasını tələb edən aşpaza atəş açıb.
Azvision.az xəbər verir ki, bu barədə yerli KDVR kanalı polisə istinadən məlumat yayıb. Hadisə "Waffle House" şəbəkəsinin kafelərindən birində baş verib.

Ofisiant 27 yaşlı Kelvin Vatsona bildirib ki, koronavirusla bağlı vəziyyətə görə maska ​​taxmadığı təqdirdə ona qulluq edə bilməyəcəklər. Müştəri buna cavab olaraq aşpazı öldürəcəyi ilə hədələyib. Daha sonra silaha əl ataraq atəş açıb. Yaralı təcili xəstəxanaya aparılıb, atəş açan şəxs həbs edilib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ABŞ   Silah   Atəş  





Xəbər lenti