Peskov koronavirusa yoluxmasından danışdı

Peskov koronavirusa yoluxmasından danışdı
  20 May 2020    Oxunub:4477
Koronavirusa yoluxan Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov səhhətindən danışıb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Putinin sözçüsü xəxtəxanada olduğunu və müalicələrini davam etdirdiyini deyib.

"Hələ xəstəxanadan çıxmamışam. Müalicə olunuram", - deyə Peskov bildirib.

Putinin sözçüsü qeyd edib ki, yoluxmanın ilk əlamətləri həmkarlarından biri xəstələndikdən sonra özünü təcrid edən zaman ortaya çıxıb. O, koronavirus xəstəsi olan həyat yoldaşı Tatyana Navka ilə birlikdə eyni xəstəxanaya yerləşdirilib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Peskov   Rusiya  





Xəbər lenti