2,1 milyon ton Azərbaycan nefti dünya bazarlarına çıxarıldı

2,1 milyon ton Azərbaycan nefti dünya bazarlarına çıxarıldı
  10 Yanvar 2014    Oxunub:1299
Ötən ay Ceyhan limanından 2,1 milyon ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb.
2013-cü ilin dekabr ayı ərzində 2,1 milyon ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

AzVision.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu həcmin 1,5 milyon tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Ötən ilin yanvar-dekabr aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 29,2 milyon ton olub.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2014-ci il yanvar ayının 1-dək Ceyhan limanından 232,8 milyon ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.


Teqlər:  





Xəbər lenti