İranda daha 2346 nəfər koronavirusa yoluxdu

İranda daha 2346 nəfər koronavirusa yoluxdu
  20 May 2020    Oxunub:3531
İranda son sutka ərzində koronavirusa 2346 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur məlumat verib.

Bildirilib ki, ölkədə virusa yoluxanların ümumi sayı 126 min 949 nəfərdir. Koronavirus qurbanlarının sayı 64 nəfər artaraq 7183-ə çatıb. İndiyədək 98 min 808 xəstə sağalıb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: İran   virus  





Xəbər lenti