Zelenski ikinci dəfə prezident olmaq istəyir

 Zelenski ikinci dəfə prezident olmaq istəyir
  20 May 2020    Oxunub:4388
Ukrayna Prezidenti Vladimir Zelenski hesab edir ki, verdiyi bütün vədləri yerinə yetirmək üçün bir prezidentlik müddəti kifayət etmir.
Azvision.az xəbər verir ki, bu barədə Zelenski mətbuat konfransında deyib. O, xalqın dəstəyi olarsa, ikinci müddət prezidentlik haqqında düşünəcəyini bildirib.

"Dediyim kimi bir müddətlik gəlirəm. Görürəm ki, iş ağırdır və heç kim "sağ ol" deməyəcək. Ancaq Ukrayna xalqının dəstəyi olarsa, ikinci müddət haqqında düşünə bilərəm",- deyə Zelenski vurğulayıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Zelenski  





Xəbər lenti