Nazir müavini vəzifəsindən azad edildi

  20 May 2020    Oxunub : 3561
Nazir müavini vəzifəsindən azad edildi
Rusiyanın Baş Naziri Mixail Mişustin Azər Talıbovu özünün xahişi ilə İqtisadi İnkişaf nazirinin müavini vəzifəsindən azad edib.
Azvision.az "Vesti.ru"ya istinadən xəbər verir ki, Azər Talıbov 2017-ci ilin yanvarında İqtisadi inkişaf nazirinin müavini təyin olunub.

Bundan əvvəl o, Rusiya Bankı sədrinin katibliyinin rəhbəri və Rusiya prezidenti köməkçisinin aparat rəhbəri vəzifələrində işləyib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Rusiya