Türkiyədə 156 hərbçi koronavirusa yoluxub

  20 May 2020    Oxunub : 2626
 Türkiyədə 156 hərbçi koronavirusa yoluxub
Türkiyə Silahlı Qüvvələrində 156 nəfər koronavirusa yoluxub. Onların vəziyyəti yaxşıdır, müalicə alırlar.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulisi Akar deyib.

Nazir bildirib ki, digər ölkələrdəki ordulara baxanda, yoluxma sayının azlığına görə Türkiyədə vəziyyət çox yaxşıdır və bu, böyük uğurdur.

"Bizim üçün ən qorxulu yuxu pandemiyanın əməliyyat bölgələrinə yayılması idi. Əgər bu, baş versəydi, öndə terrorçularla, arxada virusla çox sıxıntılı, arzuolunmaz halla üzləşə bilərdik. Şükürlər olsun ki, görülən tədbirlərlə bu günə qədər əməliyyat bölgələrimizdə koronavirus xəstəliyi olmayıb".

Şahanə Rəhimli
Azvision.az

Teqlər: