İtaliyada koronavirusa yoluxanların sayı 227 mini keçdi

İtaliyada koronavirusa yoluxanların sayı 227 mini keçdi
  21 May 2020    Oxunub:4734
İtaliyada son sutka ərzində 665 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb.

Bildirilib ki, İtaliyada indiyədək koronavirusa yoluxanların ümumi sayı 227 min 364 nəfərdir. Son sutkada pandemiya qurbanlarının sayı 161 nəfər artaraq 32 min 330-a çatıb. Bu günə kimi 132 min 282 xəstə sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: İtaliya   Koronavirus  





Xəbər lenti