Çində son sutkada 33 yeni yoluxma qeydə alındı

Çində son sutkada 33 yeni yoluxma qeydə alındı
  21 May 2020    Oxunub:2843
Çində son sutkada koronavirusa 33 yeni yoluxma qeydə alınıb, onlardan 31-i simptomsuzdur.
Azvision.az xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

İki yeni hadisədən biri Şanxayda, Quandon əyalətində aşkarlanıb. Epidemiya başlayandan bəri Çində 82 967 nəfər koronavirusa yoluxub, onlardan 78 249-u sağalıb.

Hazırda xəstəxanalarda 84 nəfər var, indiyədək 4634 xəstə həyatını itirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çin   Koronavirus  





Xəbər lenti