Ukraynada 579 nəfər koronavirusdan ölüb

  21 May 2020    Oxunub : 2127
Ukraynada 579 nəfər koronavirusdan ölüb
Ukraynada son sutka ərzində daha 476 nəfər koronavirusa yoluxub, ölkədə aşkar edilmiş ümumi yoluxma sayı 19 706-a çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə naziri Maksim Stepanov bildirib.

Onun sözlərinə görə, son 24 saatda 15 nəfər ölüb, bununla da pandemiya qurbanlarının sayı 579-a yüksəlib.

"Yeni yoluxmuş 476 nəfərdən 29-u uşaq, 76-sı tibb işçisidir. Gün ərizndə 272 nəfər sağalıb. Ümumi sağalma sayı 6227 nəfər təşkil edir”, - deyə nazir əlavə edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ukrayna   Koronavirus