Gürcüstanda koronavirusa yoluxma sayı 721 oldu

Gürcüstanda koronavirusa yoluxma sayı 721 oldu
  21 May 2020    Oxunub:3386
Gürcüstanda koronavirusa yoluxanların sayı 721 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, son sutkada daha 8 yeni yoluxma qeydə alınıb.

İndiyədək 12 nəfər pandemiyanın qurbanı olub, 485 nəfər xəstəliyə qalib gəlib. Hazırda 3519 nəfər karantində saxlanılır, 351 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Xatırladaq ki, Gürcüstanda koronavirus səbəbilə martın 21-dən fövqəladə vəziyyət rejimi tətbiq edilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcüstan   Koronavirus  





Xəbər lenti