Koronavirus mutasiyaya uğrayır, yeni yoluxanlar gec sağalır

Koronavirus mutasiyaya uğrayır, yeni yoluxanlar gec sağalır
  21 May 2020    Oxunub:9204
Yeni növ koronavirus dünyada yayıldıqca mutasiyaya uğrayır və sağalma prosesi uzanır.

Azvision.az xəbər verir ki, bu barədə çinli həkim Qui Haibo bildirib. Onun sözlərinə görə, ölkənin şimal-qərbində rast gəlinən COVID-19 infeksiyası əvvəlki dövrdə yayılandan fərqlidir.
Haibo qeyd edib ki, virusa yoluxanları aşkar etmək üçün aparılan testlərin nəticəsi daha gec müəyyənləşir. Həmçinin yeni yoluxanlarda virus onları daha gec tərk edir və sağaldıqdan sonra aparılan testlərin nəticələri gec üzə çıxır. Həkim bu dəyişikliyi virusun yayıldıqca mutasiyaya uğraması ilə əlaqələndirib.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Koronavirus   COVID-19  





Xəbər lenti