Rusiyada bir gündə 8849 nəfər koronavirusa yoluxdu

 Rusiyada bir gündə 8849 nəfər koronavirusa yoluxdu
  21 May 2020    Oxunub:3162
Rusiyada son sutka ərzində 8849 nəfərdə koronavirus aşkarlanıb, ölkədə ümumi yoluxma sayı 317 554-ə çatıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, yeni yoluxmalar Rusiyanın 84 subyektində qeydə alınıb.

Son bir gündə 127 xəstə ölüb, epidemiya başlayandan bəri virus qurbanlarının sayı 3099 nəfərdir. Bu günədək 92 681 xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti