Erməni nazirdən koronavirusla bağlı etiraf

Erməni nazirdən koronavirusla bağlı etiraf
  21 May 2020    Oxunub:3502
Ermənistanda 375 tibb işçisində koronavirusa yoluxma aşkarlanıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Arsen Torosyan bildirib. Onun sözlərinə görə, ki, bu, ümumi yoluxma sayının 6-7 faizini təşkil edir.

Torosyan əlavə edib ki, tibb işçiləri vaxtaşırı yoluxmuş xəstələrlə ünsiyyət qurduqları üçün daha çox risk qrupuna daxildirlər.

Nazir COVID-19 ilə mübarizədə kadr probleminin olduğunu etiraf edib. Vurğulayıb ki, reanimatoloqlara xüsusilə ehtiyac duyulur, baxmayaraq ki, mütəxəssislərin çatışmazlığı pandemiyadan əvvəl də hiss olunurdu:

"İnsanların dincəlmələri və güclərini bərpa etmələri üçün resurslarımızı səfərbər etməyə çalışırıq. Əks təqdirdə, həm özlərinə, həm də xəstələrə zərər verəcəklər".

Xatırladaq ki, bu gün Ermənistanda 335 yeni yoluxma qeydə alınıb, üç nəfər vəfat edib.
Ölkədə ümumi yoluxnaların sayı 5606 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Koronavirus  





Xəbər lenti